525.Az

“Forbes” jurnalı Rusiyada son 100 ilin ən məşhurlarının adını açıqladı


 

“Forbes” jurnalı Rusiyada son 100 ilin ən məşhurlarının adını açıqladı<b style="color:red"></b>

“Forbes” jurnalı Rusiyada son yüz ilin 100 ən nüfuzlu şəxsinin adlarını açıqlayıb.

Ria Novostinin xəbərinə görə, Rusiyanın tarixində mühüm rol oynamış insanlar arasında hazırki prezident Vladimir Putin də olmaqla Yuriy Qaqarin, Mixail Qarbaçov, Alla Puqaçova və Leonid Brejniyev də yer alıb.
 
Məqalədə bildirilir ki, siyahıya 1917-ci ildən 2017-ci ilədək iqtisadiyyat, biznes, elm, cəmiyyət, siyasət və digər sahələrdə böyük iz qoyduğu hesab edilən şəxslər daxil edilib. Onlar arasında ölkə başçısı Putin və 21 nəfər bir dövrün adamları “ВКонтакте” sosial şəbəkəsinin və “Telegram” yaradıcısı Pavel Durov, balet ulduzu Mixail Barışnikov, rejissor Nikita Mixailkov , eks-maliyyə naziri Aleksey Kudrində və başqaları var.

Qeyd edək ki, məqalə “Forbes” jurnalının 100 illiyinə həsr olunmuş xüsusi buraxılşı olub.

Zeynəb ƏKBƏR

 





31.08.2017    çap et  çap et