525.Az

Klintonun memuarlarının təqdimatına biletlərin qiyməti açıqlandı


 

Klintonun memuarlarının təqdimatına biletlərin qiyməti açıqlandı<b style="color:red"></b> ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun memuarlarının çapdan çıxmasına həsr olunmuş tədbirdə iştirak üçün satılan biletlərin qiyməti açıqlanıb.

"Report" xəbər verir ki, "New York Post" nəşrinin yazdığına görə, Monreal şəhərində keçiriləcək tədbirə giriş üçün bir biletin qiyməti 2,375 min dollardır.

Bilet almış şəxs özü ilə daha bir nəfər gətirə, həmçinin ön sıralarda otura, Klinton ilə söhbət edə və şəkil çəkdirmək imkanı qazana bilər.

Klinton təqdimat turu çərçivəsində Kanadanın Toronto, Monreal və Vankuver şəhərlərində tədbir keçirəcək. Onun memuarlardan ibarət kitabının adı "Nə olub"dur.
 





02.09.2017    çap et  çap et