525.Az

DİN aeroportda törədilmiş qətllə bağlı məlumat yaydı


 

DİN aeroportda törədilmiş qətllə bağlı məlumat yaydı<b style="color:red"></b> Daxili İşlər Nazirliyi mayın 23-də saat 14.00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanında törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avtomobil dayanacağında Şərur rayon sakini Sahib Musayev tanışı, Ordubad rayon sakini Həsən Əhmədova məxsus "VAZ-2106" markalı avtomaşında qisas məqsədilə Ordubad rayon sakini Alim Əhmədovu bıçaqla qətlə yetirib. Sonra o, meyiti həmin avtomaşınla Nərimanov RPİ-yə gətirərək özü də könüllü olaraq təslim olub.
 
Qeyd edək ki, hadisə vaxtı A.Əhmədova 32 bıçaq zərbəsi endirilib.
 





24.05.2013    çap et  çap et