525.Az

Azərbaycanda 22 nəfər tutdan zəhərlənib


 

Azərbaycanda 22 nəfər tutdan zəhərlənib<b style="color:red"></b> Gədəbəy rayonunda tutdan kütləvi zəhərlənə hadisəsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb.
 
Rayon sakinlərinin Lent.az-a verdiyi məlumata görə, dağlıq relyef və soyuq iqlim şəraitində yerləşdiyinə görə, Gədəbəydə hələ ki tut yetişməyib. Rayona bu meyvə Aran rayonlarından, əsasən də Şəmkir rayonundan gətirilir. Dünən isə Çalburun kənd sakinləri alverçilərin gətirdikləri tutdan alıb yeyiblər. Lakin hələlik məlum olmayan səbəblərdən həmin 22 nəfər zəhərləniblər. 11 nəfəri azyaşlı olmaqla xəstəxanaya gətirilən 22 nəfərin əksəriyyəti ambulator müalicəyə yazılıb. Zəhərlənmiş şəxslərdən 1941-ci il təvəllüdlü Maya Zülfüqarova və onun nəvəsi 1984-cü ildə anadan olmuş Yazgül Zülfüqarova müalicəsini xəstəxanada davam etdirilir.
 
Hazırda faktla əlaqədar araşdırmalar aparılır.
 





24.05.2013    çap et  çap et