525.Az

Attestatların verilməsi qaydasında dəyişiklik edildi


 

Attestatların verilməsi qaydasında dəyişiklik edildi<b style="color:red"></b> Şagirdlərə attestatların verilməsi qaydasında dəyişiklik edilib.
 
Bu barədə 525.az-a Təhsil Nazirliyindən məlumat verilib. Təhsil nazirinin Prezident İlham Əliyevə müraciəti əsasında orta məktəbləri bitirən şagirdlərin hamısına attestatların verilməsi ilə bağlı Nazirliyin təklifinin araşdırılması prosesinin sürətləndirilməsi üçün tapşırıq verilib. Tapşırıq əsasında müvafiq dövlət orqanları qısa müddət ərzində məsələnin araşdırılması  prosesini yekunlaşdıraraq öz təkliflərini Azərbaycan Nazirlər Kabinetinə təqdim edib.
 
Azərbaycan Nazirlər Kabinetinin 23 may tarixli qərarı ilə təhsil haqqında attestat və digər sənədlərin verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib. Qəbul edilmiş qərar əsasında illik qiymətlərdən asılı olmayaraq bütün 9-cu sinif şagirdləri buraxılış imtahanlarına buraxılacaqlar. Onlar həmçinin buraxılış imtahanında alınan qiymətlərdən asılı olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə almaq hüququna malik olacaqlar.

11-ci sinif məzunları bütün fənlər üzrə müsbət illik qiymətlər (3 və daha yuxarı) almaq şərti ilə buraxılış imtahanlarına buraxılacaqlar. Bu kateqoriya məzunların attestat qiyməti 10 və 11-ci siniflər üzrə illik qiymətlər və imtahan nəticəsində alınmış qiymətlərin yuvarlaq orta qiymətidir.

Bu qərar nəticəsində məzunların böyük əksəriyyəti üçün ölkənin ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək və sosial həyata aktiv şəkildə qoşulmaq imkanları yaranacaq.
Qeyd edilməlidir ki, 2010, 2011 və 2012-ci illərdə attestat almayan şagirdlərin sayı müvafiq olaraq məzunların ümumi sayının 22, 24 və 10.5%-i qədər olub. 
 





24.05.2013    çap et  çap et