525.Az

Kitablar haqqında 15 maraqlı fakt


 

Kitablar haqqında 15 maraqlı fakt<b style="color:red"></b>

Kitablar haqqındakı maraqlı faktları təqdim edirik.

1. Arxeloji qazıntılara əsasən ilk kitablar iki min il bundan əvvəl meydana çıxıb. Onlar ağac və mum üzərində yazılıb.

2. Bəzi alimlər ən qədim kitabı beş min il bundan əvvələ aid edirlər. Bu kitab Prissa tərəfindən papirus üzərində yazılıb.

3. Yer üzündə 130 milyona qədər kitab var. Bu say kitab nüsxələrinin deyil, sadəcə bütün janrlarda olan əsərlərin göstəricisidir.

4. Ən sirli kitab Voyniçin əlyazması hesab olunur. Bu kitab hələ də sirri açılmamış müxtəlif bitkilərdən bəhs edir. Kitab mövcud olmayan dildə yazılıb. Kitabda əks olunan bitkilərə isə Yer kürəsində rast gəlinməyib. Hazırda kitab haqqında ciddi müzakirələr gedir və müxtəlif fikirlər yürüdülür.

5. Leonardo da Vinçi tərəfində yazılan “Lester məcəlləsi” kitabı dünyanın ən bahalı kitablarından biridir. Bu kitab Bill Qeytsə 24 milyon dollara satılıb. Kitab barəsində maraqlı fakt odur ki, onu yalnız güzgüdə əks etdirib oxumaq olar.

6. Bir çoxlarına məlumdur ki, “Min bir gecə nağıl”ının ilkin versiyası Ələddin tərəfindən yazılıb. Kitabın müəllifi Ələddin ərəb deyil, çin əsilli olub.

7. Levis Kerolun müəllifi olduğu “Alisa möcüzələr diyarında” əsəri Çində qadağan olunub. Bunun səbəbi isə əsərdə danışan heyvanların olmasıdır.

8. Harvard Universitetinin məşhur kitabxanasında 4 ədəd kitab insan dərisindən hazırlanmış perqament üzərində yazılıb.

9. Şeksprin kitablarında sevgi sözü nifrət sözündən 10 dəfə daha çox işlənib.

10. “Robinzon Kruzo” əsərinin davamı var. Bu əsərdə də qəhrəman Rusiya ərazisində gəmi qəzasına düşür və uzun müddətdən sonra evinə dönür.

11. “Qulliverin Səyahəti” əsərində göy mexanikasının bəzi qanunları, xüsusilə, Marsın peyklərinin ölçüsü, planetlərin hərəkəti, astronomların kəşflərində 100 illər öncədən yazılıb.

12. Fəaliyyətə başlayandan bu günədək çap orqanları təxminən iki milyard kitab nəşr edib.

13. İlk ədəbi roman olan “Qendzi haqqında povest” Yaponiyada min il əvvəl yazılıb.

14. Dünyanın ən populyar kitabı Bibliyadır. İkinci kitab Mao Tsezuanın sitatlarından ibarət toplular, üçüncü kitab isə “Üzüklərin hökmdarı” əsəridir.

15. Ən çox kitab nəşr etdirən müəllif Barbara Kartlenddir. Ay ərzində iki romanı çap olunur.

Zeynəb ƏKBƏR

 





07.09.2017    çap et  çap et