525.Az

Günəşdə baş verən partlayışların fəsadları Yer kürəsinə də çatıb


 

Günəşdə baş verən partlayışların fəsadları Yer kürəsinə də çatıb<b style="color:red"></b>

Günəşin qərb hissəsində növbəti partlayış baş verib.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov məlumat verib. Onun sözlərinə görə, 22 may 2013-cü il tarixdə baş verən partlayışın gücü orta səviyyəli olub. Günəş qasırğası mayın 22-dən 24-dək davam edib. Ən aktiv partlayış isə mayın 24-də, yəni bu gün baş verib.
 
V. Xəlilov bildirib ki, partlayışlar Günəş maddələrinin kənara sıçraması ilə müşayiət olunub. Peyklər kosmik texnika üçün təhlükəli həddə proton axını da qeydə alıblar. İki saat yarım davam edən partlayışın bəzi fəsadları Yer kürəsinə də gəlib çıxıb.

 





24.05.2013    çap et  çap et