525.Az

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır” (davamı)


 

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır”<b style="color:red"> (davamı)</b>

Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu millətlərin yaranması, təşəkkül tapması və inkişafında müxtəlif ideologiyaların, dinin, diaspor və lobbinin rolu, milli birlik məsələləri, milli mentalitet və buna əsasən millətlərin təsnifatlaşdırılması, qloballaşma fonunda milliliyin, milli dəyərlərin qorunması, etnik münaqişələrin yaranma səbəbləri və problemdən çıxış yolları kimi məsələlər təşkil edir.

– Əlikram müəllim, bəs Avropa mentalitetinin əsasında hansı amillər dayanır?

– Orta əsrlər Avropa cəngavərliyi Avrasiyada türk cəngavərliyinin təsiri altında formalaşıb. Türk-islam ölkələrində feodal-patriarxal, hakim zadəgan mentaliteti bir tərəfdən özgə işğalına dözməzlik, digər tərəfdən isə özündən zəiflərə mərhəmət göstərmək xüsusiyyətlərinə malik idi. Səlahəddin Əyyubi xaç yürüşləri qəhrəmanlarını bir-birinin ardınca tutub onlardan cərimə almaqla kifayətlənirdi. I Pyotr Prut səfərində türklərə əsir düşməmək üçün daha biabırçı şəkildə güzəştə getməyə məcbur olmuşdu.  Bütün Avropa cəngavərlərini və krallarını məğlub edən Sultan Bəyazid onları azad buraxıb deyib: “Gedin, qoşun yığıb təzədən gəlin, sizi məğlub etməkdən çox məmnun oluram”. Başqalarına qarşı belə rəhmli olan türk sərkərdələri bir ucdan bir-birini qırıb çatıb, bunun da nəticəsində Avrasiyada türk-monqol imperiyası sərhədləri daxilində türk-tatarların özlərinin qurub yaratdıqları Rusiya imperiyası yüksəlib. Əmir Teymur Toxtamışı əzməklə Şərqi Avropanı və Rusiyanı, Sultan Bəyazidi məğlub edib əsir götürməklə Bizans və Balkan dünyasının düz 50 il rahat nəfəs almasına şərait yaradıb. Özü öləndən sonra dövrünün ən böyük imperiyası olan dövləti qardaş qırğını meydanına çevrilib. Eynilə İran və Azərbaycanda hökm sürmüş sülalə savaşları dövləti zəiflədib, onu xaricilərin üzünə açıb, əhalisini yarımasılı vəziyyətə salıb.

– Bizim mentalitetimizin özümüzəməxsus spesifikası barəsində düşündüklərinizi eşitmək maraqlı olardı...

– Bütün xalqların mentaliteti kimi Azərbaycan xalqının mentalitetində də antinomluq xasdır. Bir tərəfdən azadlıq və müstəqilliyə meyl, milli vətənpərvərlik hissləri, digər tərəfdən isə konservatizm və köhnə qaydalardan ayrılmazlıq, dinə və arxaik ənənələrə bağlılıq meylləri, lənglik və gec təşkilolunma, totalitarizm və avtoritarizmə rəğbət, özgə hökmranlığa dözüm, yaxşı yaşamaq eşqi, lakin ona hansı yolla çatmağa nail olmamaq, namus və qeyrət hissini dar çərçivədə, öz evinin hüdudları çərçivəsində anlamaq, onu genişləndirib ümummilli, ümumtürk və ümumislam sərhədlərinə çıxara bilməmək məhdudluğu və sair kimi amillər bizim milli mentalitetimizdə mövcud olan ziddiyyətlərdir.

Azərbaycan tarixindən götürülmüş iki misal xalqımızın tarixində olmuş və indinin özündə də birmənalı qarşılanmayan antinomlarla qarşılaşırıq. Şirvan hökmdarı I İbrahim Şirvani Teymur işğalından, deməli, qan və qarətdən, bütün fəsadlardan qorumaq üçün incə bir hiyləyə əl atır və o da baş tutur. Bunun nəticəsində Teymurun hörmətini qazanan Şirvanşah həm də onun müttəfiqinə çevrilir. Buna səbəb onun “doqquzuncu qul mən özüməm” deməyi özünə sığışdırması, mənəm-mənəmlik məqamının yararsız olduğunu anlaması idi. Amma analoji tarixi şəraitdə Cavad xan da müəyyən hiylələrlə Gəncənin və Gəncəbasarın təhlükəsizliyini qoruyub saxlaya bilərdi. O zamankı tarixi şərait əksəriyyətimizdə Cavad xana haqq qazandırmaq şövqü oyadır. Amma unuduruq ki, vətənpərvərlik və milli qeyrət, təkəbbürlülük və mənəm-mənəmlik bütün tarixi şəraitlərdə özünü istənilən kimi doğrultmur. Cavad xanın bu təkəbbürü özünə, nəslinə və xalqa çox baha başa gəldi. Halbuki digər Azərbaycan xanları (məsələn, Qarabağ xanı İbrahim, Naxçıvan xanı Kəlbəli, Talış xanı Mustafa və başqaları) kimi o da müəyyən güzəştlərə getməklə Gəncəni qoruyub saxlaya bilərdi. Məhz bu dağıntıdan və yerli müsəlman əhalisinin kütləvi qırğınından sonra ermənilər kütləvi surətdə Gəncədə məskunlaşmağa, boş yerləri doldurmağa başladılar.

Siyasi mədəniyyət sərvətlərinin milli həyatda reallaşması milli idealın həyata keçirilməsi körpüsündən keçir. Milli-mənəvi qaynaqlara söykənmək əsasında milli ideyanın missionerlik funksiyasının yerinə yetirilməsi, bu yolda lazım gəlsə hətta müəyyən qurbanların verilməsi, islam dininin mütərəqqi cəhətlərindən, türkçülük ideallarından və müasirləşmək meyillərindən yayınmaq bu idealın həyata keçirilməsi vasitəsidir.

– Bir halda ki, bəzi xalqların milli mentalitetindəki xüsusiyyətləri təsnifatlandırdınız, üzdəniraq qonşularımızın – ermənilərin milli xarakteri haqqında hansı tezisləri söyləyə bilərsiniz?

– Erməni milli xarakterini əsrlər boyunca dəyişməz sayan Şaginyan yazırdı: “Məncə, başqalarından, məsələn, Qədim Yunanıstan və Qədim Misirdən fərli olaraq erməni xalqında milli tip, milli xarakterin inkişafında, təşəkkülündə tarixən başqalaşma olmayıb. Erməni tipi məişət, yaradıcılıq, fikir, düşüncə tərzində mənəvi və fiziki mahiyyətin təzahürü baxımından başqalaşmayıb. Sələflərinə məxsus xalq tipi əlamətlərilə müqayisədə əhəmiyyətsiz görünən fərqləri nəzərə almadan öz tarixi yolunu davam etdirir”.

Yazıçının mühakiməsi necə də olsa, ona hörmətlə yanaşmağı tələb edir. Doğrudan da “Ermənistan” qədim və orta əsrlərdən üzü bəri “xıltlı, satqın, sahibinə nankor” (“Qabusnamə”) və sair xüsusiyyətlərindən irəli gedə bilməyib. Sivilizasiyanın və mədəniyyətin inkişafı erməni mentalitetinə kor ifart millətçilikdən özgə bir şey bəxş etməyib. Erməni yazşıçısı Nalbandyanın hələ keçən əsrdə (dediyi sözlər fikrimizin sübutu üçün ən yaxşı faktdır) yazırdı: “Məgər özünü patriot saymaq, yaxud başqalarının gözündə belə olmaq çətin işdir? Mən bunu başqa xalqlar haqqında yox, ancaq bizim ermənilər barəsində deyirəm. Çünki bizim xalqda patriot olmaq nə qədər asandırsa, başqa xalqda bu, o dərəcədə çətindir. Patriot milləti tərifləyib göyə qaldırır, onun eyiblərini özgələrdən gizləyir. Erməni xalqına məhəbbətinin şiddətini bu xalqın eyiblərini açıb deyənlərə amansız nifrətində bildirir. O, belələrinə böhtan atmaqla, onları söyməklə qisas alır. Acı bir həqiqətdir ki, belə bir adam bizdə nadan kütlənin hörmətini qazana bilir”.

Erməni mentalitetinin bu kimi xüsusiyyətlərini bir sıra Avropa və rus müəllifləri də qeyd edib. Engels hətta fahişəlik tarixinin Ermənistanda başlandığı fikrini irəli sürüb.

Erməni mentalitetinin ayrılmaz xüsusiyyətlərini bunlar təşkil edir: hay-küyçülük, haray-həşir salmaq, yalançılıq, ikiüzlülük, satqınlıq, rəhmsizlik, yaltaqlıq, qorxaqlıq, xəsislik, namussuzluq, dilənçilik və özünü yazıq göstərmək xisləti.

– Əlikram müəllim, hər bir milləti xaricə təmsil və təbliğ edən başlıca qüvvə onun diasporudur. Bununla bağlı düşüncələrinizi oxucularımızla bölüşməyinizi istərdik.

– Əvvəla, sözün hərfi mənasından başlayaq. Diaspor anlayışı ilk dəfə yəhudilərdə meydana gəlib və “səpələnmə” deməkdir. Yəhudilərə qonşu xalqların və digər xalqların onların hökmdarlarının təcavüzkar münasibəti onların dünyaya səpələnməsinə səbəb olub. Lakin yəhudilərin siona olan münasibəti və Fələstinə bağlılığı və oranı özlərinə Vətən bilməsi ideyası sönməyib. Bu da sionizmin yaranmasına səbəb oldu. Bununla belə yəhudilər dünyada ən böyük və nüfuzlu diaspor olaraq qalmaqdadır. Erməni diasporu da yəhudi diasporu kimi dünyaya yayılmış və güclü diasporlardan biridir.

– Bəzən lobbi ilə diaspor anlayışını qarışdırırlar. Bunların fərqi nədir?

– Lobbi anlayışının ilkin mənası ingilis parlamenti ilə bağlıdır. Parlamentdə müzakirə olunan məsələyə müsbət səs verənlər sağ, mənfi səs verənlər sol dəhlizə çıxırdılar və bu lobbi adlanırdı. Onlar burada özlərinə həmfikir axtarırdılar. Sonradan bu söz artıq xarici ölkələrdə mövcud olan nüfuzlu, maraqlı adamlara deyilirdi. Adətən, lobbi diasporun içində meydana gəlir, lakin diaspor olmayanda da lobbini yaratmaq mümkündür. Yəni bu, maraq və təzyiq qrupu kimi mövcuddur və onu müxtəlif şirnikləndirici vasitələrlə yaratmaq mümkündür. Hazırda bizdə lobbi çox zəifdir. Bunun üçün ən birincisi diaspor daxilində təşkilatlanma vacibdir. Azərbaycan diasporunun tarixi qədimdir. Bu diaspor müxtəlif sosial-siyasi amillərin təsiri altında yaranıb. Xalqların bir yerdən digər yerə köçürülməsi, sosial səbəbdən miqrasiya, qloballaşma şəraitində xalqların qovuşub birləşməsi, inteqrasiyası və sair səbəblər bunu meydana gətirib.

Repressiya illərində Sovet Şimali Qafqaz və qismən Azərbaycan xalqlarını Orta Asiyaya sürgün ediblər. Kollektivləşmə dövründə Azərbaycanda varlı və orta təbəqə demək olar ki, sürgünə göndərilib. Xüsusilə padşah və hökmdarlar tayfa və qəbilələri bütövlükdə sürgün edirdilər. Qədim və Orta əsrlərdə istilalar vaxtı müxtəlif Azərbaycan tayfalarının sürgün olunması buna misal ola bilər. Çar Rusiyasının Qafqaza gəlməsi ilə bütöv-bütöv xanlıqlar, tayfalar sürgün olunurdu. “Kürəkçay”, “Gülüstan” müqavilələrindən sonra İran və Türkiyədən kütləvi şəkildə ermənilərin Azərbaycanda məskunlaşdırılması Qarabağda, Tiflisdə, Bakıda, Xəzər sahilində ermənilərin sayının artmasına səbəb oldu. Bunun nəticəsində azərbaycanlılar Orta Asiya, Türkiyə və başqa ölkələrə mühacirət etməyə məcbur olurdular.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





25.05.2013    çap et  çap et