525.Az

Uşaq Akademiyasının təltifetmə mərasimi keçirildi


 

Uşaq Akademiyasının təltifetmə mərasimi keçirildi<b style="color:red"></b>

Azərbaycan Gənclər İttifaqının Norveç  Təbiəti Mühafizə Cəmiyyətinin dəstəyi ilə həyata keçirdiyi Enerji və Resurslardan İstifadə üzrə  Beynəlxalq Məktəbli Layihəsi (SPARE) çərçivəsində təşkil etdiyi 3-cü Uşaq Akademiyası fəaliyyətini yekunlaşdırır. Akademiyanın məzunlarının təltifetmə mərasimi Gənclər Evində keçirildi.

2013-cü ilin yanvar-may aylarını əhatə edən Akademiyada dərslər Azərbaycan və İnglis dillərində aparılıb. Akademiyada Bakı şəhərinin müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 15 məktəbli iştirak ediblər. Tədris müddətində iştirakçılar cəmiyyət üçün əhəmiyyətli olan ekoloji məsələlərlə tanış olublar, ətraf mühitə insan fəaliyyəti nətcəsində dəyən ziyan və onun aradan qaldırılması istiqamətində yerli və beynəlxalq miqyasda aparılan işlərlə yaxından tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, akademiyada dərslər hər ayın 2-ci və 4-ci həftəsi olmaqla yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilib. Akademiya müddətində  məktəblilər həmçinin Azərbaycan dövlətinin ətraf mühitin mühafizəsində həyata keçirdiyi proqramlar və tədbirlərlə taış olublar. İştirakçılar akademiya boyunca bir neçə ekskursiya həyata keçiriblər. Alterntiv və bərpa olunan enerji mərkəzinə ekskursiya yadda galanlardan olub. Burada məktəblilər bərpa olunan enerji mənbələrinə dair ətraflı məlumat əldə ediblər, eyni zamanda Qobustan poliqonu ərazisində qurulan qurğulara baxış keçiriblər. Onlar həmçinin dövlətimizin ölkədə bərpa olunan enerji mənbələrinin potensilaının artırılması istiqamətində apardığı işlərlə də tanış olublar.

Bundan əlavə akademiya iştirakşıları Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi ilə birlikdə Novruz bayramı  ərəfəsində “Ümid Yeri” uşaq evini ziyarət edib, birlikdə ağac əkmə kampaniyası keçirib, eləcə də uşaq evinin sakinləri ilə birgə ekoviktorina keçirib, iştirakçılara hədiyyələr təqdim ediblər.

Uşaq Akademiyanda dərslərin keçirilməsi üçün lazım olan avadanlıqlar, habelə tədris zalı Fransa Mədəniyyət Mərkəzi tərəfindən təqdim edilib.

Məlumat üçün qeyd edək ki, SPARE proqramı çərçivəsində  Uşaq Akademiyası 2010-cu ildən həyata keçirilir.

 





25.05.2013    çap et  çap et