525.Az

Olimpiya Stadionu ilə bağlı təqdimatın görüntüləri - Video


 

Olimpiya Stadionu ilə bağlı təqdimatın görüntüləri - <b style="color:red">Video</b>

Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar hazırlanmış təqdimat kitablarının fotoları və videoçarxı təqdim olunub.

Qol.az-ın  AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, hər iki videoçarx fərqli sujet xətti ilə hazırlanıb.

Qeyd edək ki, sentybarın 5-də Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar hazırlanan xüsusi prezentasiya İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.

 





08.09.2017    çap et  çap et