525.Az

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür


 

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür<b style="color:red"></b>

8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür.

Bayram 1958-ci ildə, hitlerçilər tərəfindən 1943-cü il sentyabrın 8-də həbsxanada edam olunmuş çex jurnalisti Yulius Fuçikin şərəfinə təsis edilib. Fuçikin “Edamqabağı reportaj” kitabı 70 dilə tərcümə edilmiş, dünyanın bir çox ölkələrində nəşr olunub.

Həmrəylik günü münasibətilə bir çox ölkələrdə festivallar, konfranslar, jurnalistlərin qurultayları və digər tədbirlər keçirilib.

Xatırladaq ki, Azərbaycan jurnalistləri öz peşə bayramını “Əkinçi” qəzetinin 1875-ci ildə nəşrə başladığı gün – iyulun 22-də qeyd edirlər.

 





08.09.2017    çap et  çap et