525.Az

Yağış yağacaq


 

Yağış yağacaq<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən bululdlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Gecə və axşam bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18 dərəcə, gündüz dərəcə 25-29 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarına gəlincə, mayın 26-da  əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir . Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 25-30 dərəcə, bəzi yerlərdə 32 dərəcəyədək isti olacaq. Dağlarda gecə 7-12 dərəcə, gündüz 17-22 dərəcə, bəzi yerlərdə 25 dərəcə isti olacağı gözlənilir.
 





25.05.2013    çap et  çap et