525.Az

Bakıda avtobus qəza törətdi, yaralılar var


 

Bakıda avtobus qəza törətdi, yaralılar var<b style="color:red"></b>

Bakıda marşrut avtobusu daha bir qəza törədib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Zabrat qəsəbəsində qeydə alınıb.
 
3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib.
 
1949-cu il təvəllüdlü Çərkəz Şükür oğlu Əliyev, 1972-ci il təvəllüdlü Kəmalə Balaqardaşı qızı Əliyeva, 1966-cı il təvəllüdlü Elmira Davud qızı Manafova, 1959-cu il təvəllüdlü Fəridə Mehbala qızı Hacıyeva, 1981-ci il təvəllüdlü Şaiq Mehman oğlu Quliyev xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
 
Xəsarətləri yüngül olan bir nəfər isə ambulator yardımdan sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 166 saylı xətt marşrutu ilə hərəkət edən sərnişin avtobusu bu ay ikinci dəfədir ki, ağır qəza törədir. 


 

 





25.05.2013    çap et  çap et