525.Az

Çempionlar Liqasının qalibi "Bavariya" oldu- Video


 

Çempionlar Liqasının qalibi "Bavariya" oldu- <b style="color:red">Video</b> Bu gün UEFA Çempionlar Liqasının 2012/13-cü il mövsümünün qalibi məlum olub.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə iki alman klubu - "Borussiya" Dortmund və "Bavariya" Londonun "Uembli" stadionunda üz-üzə gəlib. 

"Borussiya" tarixində bir dəfə - 1997-ci ildə ÇL-nı qazanıb. "Bavariya" isə bu uğura dörd dəfə imza atıb. Münhen təmsilçisi sonuncu dəfə 2001-ci ildə Avropanın ən güclüsü olub. Keçən mövsüm isə finalda "Çelsi"yə uduzub.

Böyük maraqla gözlənilən oyun gözlənildiyi kimi möhtəşəm bir qarşılaşmaya çevrilib. İtakiyalı Nikola Ritsollinin idarə etdiyi matçda "Bavariya" son dəqiqədə vurulan qol sayəsində 2:1 hesabı ilə qalib gələrək tarixində beşinci dəfə Avropanın ən güclüsü adını qazanıb.


Çempionlar Liqası, final


25 may 

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Bavariya" (Almaniya) - 1:2 
Qollar: Mandjukiç, 60 (0:1), İlkay Gündoğan, 68-pen (1:1), Aryen Robben, 89 (1:2) 

 





26.05.2013    çap et  çap et