525.Az

Məmurlara elmi ad almaq qadağan olundu


 

Məmurlara elmi ad almaq qadağan olundu<b style="color:red"></b> Azərbaycanda məmurların elmi ad alması qadağan olunub. Bu barədə ANS PRESS-ə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib. Ramiz Məmmədov bunu məmurların Dissertasiya Şurasına təsir etmə ehtimalları ilə əlaqələndirir. O, həmçinin qeyd edib ki, bir neçə il əvvəl anoloji addım Rusiyada da atılıb. Yeni qaydaya görə, elmi ad almaq istəyən məmur vəzifəsi ilə vidalaşmalıdır.
 
Elmlər Akademiyasının müxbir üzvü eyni zamanda bildirib ki, Azərbaycanda elm sahəsində qadınların sayı üstünlük təşkil edir.
 
Onun sözlərinə görə, əməkhaqqının azlığı kişi cinsinə məxsus gənclərin elmi sahəyə marağını azaldıb. "İndi Elmlər Akademiyasında professorun maaşı maksimum 450 manatdı. Amma adi elmlər namizədi, fəlsəfə doktoru 250-270 manat maaş alır. İndi təsəvvür edin, belə olan halda o cavan gələrmi ki, mən 30 il işləyib, professor olub 400 manat maaş alacam?!", - R.Məmmədov əlavə edib.
 
Ona görə də elmə maraq göstərənlərin əksəriyyəti qadınlardır. Bu isə daha acınacaqlı vəziyyət yaradır. "Onlar da müəyyən müddət sonra ailə qurur başı qarışır uşaqlara, özlərinə elm sahəsində karyera qurmaqda maraqlı deyillər", - Məmmədov vurğulayıb.
 





27.05.2013    çap et  çap et