525.Az

Cəlilabadda qədim qəbiristanlıq və yaşayış məskəni aşkarlandı


 

Cəlilabadda qədim qəbiristanlıq və yaşayış məskəni aşkarlandı<b style="color:red"></b> Cəlilabadda torpaq sürüşməsi nəticəsində qədim qəbiristanlıq və yaşayış məskəni aşkarlanıb.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Buravar kəndində torpaq sürüşməsi nəticəsində üzə çıxan qədim qəbiristanlıq və yaşayış məskənində indiyədək tədqiqat işləri aparılmadığı müəyyənləşib.
 
Kənd sakinlərin sözlərinə görə, müxtəlif vaxtlarda ərazidə qədim dövrə aid xeyli sayda başdaşı, bir neçə yüz metr aralıda isə çoxlu soba və kül qalığı aşkarlanıb. Bu səbəbdən ərazinin qədim yaşayış məskəni olduğu güman edilir.
 
Tarixçilər bildirirlər ki, tapılmış nümunələr əsasən tunc dövrünə aiddir, həmin əşyaların əksəriyyəti gildən hazırlanıb. Tapılan maddi mədəniyyət nümunələri ilə bağlı aidiyyəti  qurumlara məlumat verilib.
 





11.09.2017    çap et  çap et