525.Az

Azərbaycanda hərbi təlim poliqonunda partlayış baş verib


 

Azərbaycanda hərbi təlim poliqonunda partlayış baş verib<b style="color:red"></b>

Bakıda təlim poliqonunda partlayış olub.

 APA-nın məlumatına görə, hadisə mayın 25-də Müdafiə Nazirliyinin Qaraheybət təlim poliqonunda qeydə alınıb.
 
Poliqonda təlimdən sonra partlamayan mərmilərin zərərsizləşdirilməsi və ərazinin təmizlənməsi zamanı əsgər, 1994-cü il təvəllüdlü Həsənli Vüsal Azad oğlunun tapdığı sursat əlində partlayıb. Əsgər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı əsgər hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin yaralanması faktını təsdiqləyib.
 
Qeyd edək ki, V. Həsənli İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

 





27.05.2013    çap et  çap et