525.Az

Havanın temperaturu düşəcək


 

Havanın temperaturu düşəcək<b style="color:red"></b>

Bu gündən etibarən ölkə ərazisində havanın temperaturu düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, artıq Azərbaycanın paytaxtı və rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
 
Yaxın 2-3 gün ərzində də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq. Bu günlər ərzində havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5 dərəcə enməsi gözlənilir.

 





27.05.2013    çap et  çap et