525.Az

Nazirlər Kabineti Təhsil Nazirliyinə və TQDK-ya tapşırıq verdi


 

Nazirlər Kabineti Təhsil Nazirliyinə və TQDK-ya tapşırıq verdi<b style="color:red"></b> Nazirlər Kabineti Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında qərar verib.
 
Bu barədə  Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.

"Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nda edilən dəyişikliklərə əsasən, ümumi orta və tam orta təhsil səviyyəsini başa vuran təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının), o cümlədən buraxılış imtahanlarının nəticələri ümumi təhsil haqqında dövlət sənədində əks olunacaq.

Qərarda o da qeyd olunur ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi müvafiq normativ hüquqi sənədlərdə dəyişikliklər edilməsini təmin etməlidir.
 





27.05.2013    çap et  çap et