525.Az

Bakıda qadın polis vətəndaşla əlbəyaxa oldu


 

Bakıda qadın polis vətəndaşla əlbəyaxa oldu<b style="color:red"></b> Bakıda polis kapitanı vətəndaşla əlbəyaxa olub. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanı bağlarında qeydə alınıb.
 
Səbail Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı, 1978-ci il təvəllüdlü Pərvin Şirinbala qızı Zeynalova ilə 1980-ci il təvəllüdlü  Vüqar Hidayət oğlu Hidayətzadə ilə əlbəyaxa olublar.
 
Polisdən, həmçinin bildiriblər ki, hadisəyə P. Zeynalovanın özünə məxsus “Nissan Patrul” markalı avtomobili yüksək surətlə idarə etməsi səbəb olub.
 
V. Hidayətzadə ona irad bildirib, bundan sonra P. Zeynalova ilə onun arasında insident baş verib.
 
Faktla bağlı araşdırma aparılır.
 





27.05.2013    çap et  çap et