525.Az

"Qarabağ" "Çelsi"yə böyük hesabla uduzdu


 

"Qarabağ" "Çelsi"yə böyük hesabla uduzdu<b style="color:red"></b>
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib. 

Qol.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn “Qarabağ” da debüt oyununa çıxıb. 

Ağdam klubu səfərdə Avropanın aparıcı klublarından olan “Çelsi”nin qonağı olub. Qurban Qurbanovun komandası Londonda böyük hesabla məğlubiyyətlə barışmalı olub.

12 sentyabr

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

“Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 6:0 
Qollar: Pedro, 5, Zappakosta, 30, Aspilikueta, 55, Bakayoko, 71, Batşuay, 76, 82
Baş hakim: Anastasios Sidiropoulos 
Yan xətt hakimləri: Polixronis Kostaras, Lazaros Dimitriadis
Əlavə yardımçı hakimlər: Xaralambos Kalogeropoulos, Alexandros Aretopoulos 
Dördüncü hakim: Damianos Efthimiadis (Hamısı Yunanıstan)
London. “Stemford Bric”

"Roma" (İtaliya) - "Atletiko" (İspaniya) - 0:0
 





13.09.2017    çap et  çap et