525.Az

Bölgələrdə insan alveri ilə bağlı maarifləndirmə kampaniyası davam edir


 

Bölgələrdə insan alveri ilə bağlı maarifləndirmə kampaniyası davam edir<b style="color:red"></b>

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi ”Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan” layihəsinin icra planına uyğun olaraq Xızı rayonunda risk altında olan sahələrdə çalışan insanlar, təşkilat və müəssisə rəhbərləri arasında insan alveri ilə bağlı növbəti maarifləndirmə kampaniyasını həyata keçirib.

İctimai Birlikdən 525.az-a verilən məlumata görə, ekspert Gülayə Səfərova iştirakçılara cinayətkarlar tərəfindən insanları insan alverinənecə cəlb etmələri, insanların bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları, onların qaynar xətt xidmətləri barədə məlumat verib və bu sahədə təşkilat tərəfindən hazırlanmış yaddaş kitabçası iştirakçılara təqdim olunub.

Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, təhsil  şöbəsinin işçiləri, inşaat, kənd təsərrüfatı işlərini həyata keçirən sahibkarlar  və ev qulluğu sahəsində çalışanlar və onları işə götürənlər iştirak edirdi.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        
Mövzu ilə bağlı tədbir iştirakçılarından rayon icra hakimiyyətinin nümayəndəsi Ceyhun İsgəndərov, Xızı RPŞ –nin əməkdaşı Ziya Əliyev öz fikirlərini bölüşüb, təkliflərini veriblər.

 





13.09.2017    çap et  çap et