525.Az

Nizami rayonunda məktəblilər üçün kitab yarmarkası


 

Nizami rayonunda məktəblilər üçün kitab yarmarkası <b style="color:red"></b>

Sentyabrın 12-də Nizami rayonu ərazisində yerləşən Heydər Əliyev Parkında yeni dərs ilinin başlanması münasibətilə "Kitab bayramı- 2017" sərgi yarmarkası təşkil edilib.

AZƏRTAC xəbər verir ki, sərgi-yarmarka Mədəniyyət və Turizm Nazirliyi, Nizami Rayon İcra Hakimiyyəti və Respublika Kitabxana Kollektorunun təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək yarmarkanın əhəmiyyətindən danışıb: "Bir neçə gündən sonra respublikamızda bilik bayramı keçiriləcək. Hər il ənənəvi olaraq respublikamızın hər bir guşəsində bu bayram geniş şəkildə qeyd edilir. Bu gün bura toplaşmağımızın əsas səbəbi biliyə, savada və mütaliəyə önəm verməkdir".

Vurğulanıb ki, kitabın təbliği, reklamı, yayımı və satışı ilə məşğul olan Respublika Kitabxana Kollektoru cari ildən etibarən qapılarını kitabsevərlərin üzünə açır və ünvanını kitabın təbliği ilə tanıtmağı əsas hədəf seçib.

Sonra yarmarkanın işinə uğurlar arzulayan nazir müavini bilik günü münasibətilə bütün məktəbliləri təbrik edib.

Sentyabrın 22-dək davam edəcək sərgi-yarmarka açılış günü istisna olmaqla, digər günlərdə də saat 09:00-dan 19:00-dək ziyarətçiləri qəbul edəcək.

 





13.09.2017    çap et  çap et