525.Az

Fərid Azərbaycanın Rusiyaya səs verməsindən danışdı


 

Fərid Azərbaycanın Rusiyaya səs verməsindən danışdı<b style="color:red"></b> “Eurovision-2013”də ölkəmizi təmsil edən Fərid Məmmədov Türkiyə mediasına müsahibə verib.
 
Lent.az-ın məlumatına görə, o, ikinciliyi qazanandan sonra, səhnəyə Türkiyə bayrağı ilə çıxmasını bu cür izah edib: ”Biz qardaş ölkəyik. İki dövlət, bir millət olduğumuzu isə hər kəs bilir. Amma bu yarışmaya Türkiyənin qatılmadığına çox üzüldüm. Məhz bu səbəbdən qardaş ölkənin bayrağını orada dalğalandırmağı özümə borc bildim”.
 
 
Fərid daha sonra Türkiyənin “Eurovision” müsabiqəsinə qatılıb - qatılmaması ilə bağlı düşüncələrini bölüşüb: “Məncə Türkiyənin bu yarışa qatılmağı yaxşı olar. Çünki həqiqətən böyük bir müsabiqədir. Bu yarış böyük maraqla izlənilir. Türkiyə gələcəkdə qatılsa məmnun olaram.
 
“Azərbaycanın Rusiyaya səs verməməsi məni də təəccübləndirdi”
 
Azərbaycanın Rusiyaya xal verməməsi sualına isə Fərid bu cür münasibət bildirib: “Mən fikrimi burda söyləyə bilmərəm. Çünki bu mövzuda anlayışım yoxdur. Mənim üçün də sürpriz oldu. Düşünmürəm ki, Azərbaycandan Rusiyaya smslər, xallar getməyib. Amma bu mövzuda nələr baş verdiyini bilmirəm. Ona görə nəsə söyləməyim doğru olmaz”.
 
“Tarkanı çox bəyənirəm”
 
Tarkanı çox bəyəndiyi deyən, Fərid həmkarının öz ölkəsini tanıtdığını söyləyib: “Mən bir ifaçı kimi Tarkanı çox bəyənirəm. O, ölkəsini yaxşı tanıdıb. Mən də vətənimi dünyada tanıtmaq istəyirəm”.
 
 
“Musiqi ilə yanaşı idmanla da məşğulam”
 
İfaçılıqdan əlavə, idmançı olan Fərid atasının da bir zamanlar idmanla məşğul olduğunu deyib: “Həm idmanla, həm də musiqi ilə məşğulam. Atam da idmanla məşğul olub. O, məni idmançı kimi yetişdirib. İdmanı çox sevirəm. Musiqi ilə bağlı planlarım çoxdu. Ancaq bu, idmanı buraxacağım anlamına gəlməməlidir. İdmanla bağlı yarışmalar olsa qatılacam. Amma əsas işim musiqidir”.
 





27.05.2013    çap et  çap et