525.Az

Xaçmazda pensiya qanunvericiliyindəki dəyişikliklərlə bağlı müşavirə


 

Xaçmazda pensiya qanunvericiliyindəki dəyişikliklərlə bağlı müşavirə <b style="color:red"></b>

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı yerli qurumlarının əməkdaşları üçün izahat işlərinin aparılması məqsədilə seminar-müşavirə keçirib.

Nazirlikdən verilən məlumata görə, Xaçmazda baş tutan növbəti tədbirdə fondun Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon şöbələrinin aidiyyəti sektorlarının əməkdaşları iştirak ediblər. Seminar-müşavirədə ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən islahatların əhəmiyyətindən bəhs olunub.

Qeyd olunub ki, pensiya qanunvericiliyindəki yeni dəyişikliklər pensiya təminatı sisteminin müasir tələblər əsasında inkişafına, həmin sistemdə sosial sığorta ilə əlaqəli olmayan öhdəliklərin ortadan qaldırılmasına, pensiya hüquqlarının adekvat sığorta təminatı əsasında formalaşmasına və sistemin maliyyə yükünün buna uyğun optimallaşdırılmasına yönəlib.

Seminar-müşavirədə sığorta-pensiya sistemində aparılan islahatların mahiyyət və məqsədləri təqdimat və slaydlar vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin, pensiya qanunvericiliyindəki yeni dəyişikliklərin tətbiqi, pensiyaların indeksləşdirilərək artırılmasının yeni qaydası, 2017-ci il 1 iyul tarixədək təyin olunmuş əmək pensiyaları məbləğinin şərti çevrilməsinin, habelə həmin vaxta qədər istifadə edilməmiş pensiya kapitalının yenidən hesablanmasının aparılması barədə fondun mütəxəssisləri tərəfindən ətraflı məlumat və izahatlar təqdim olunub. Pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılması, yaşa görə, həmçinin, 1-ci, 2-ci və 3-cü qrup əlilliyə görə pensiya hüququnun yaranması, pensiya öhdəliklərinin strukturu, yeni maliyyələşmə mexanizmi, pensiya kapitalının formalaşması, yaşa görə pensiya məbləğinin hesablanması, işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydası və s. barədə də izahatlar verilib. Tədbirdə iştirakçıların sualları da cavablandırılıb.

Ceyhun ABASOV

 





13.09.2017    çap et  çap et