525.Az

ABŞ-da təlim zamanı 15 hərbçi yaralandı


 

ABŞ-da təlim zamanı 15 hərbçi yaralandı<b style="color:red"></b> ABŞ-ın Kaliforniya ştatında təlim zamanı ABŞ dəniz piyadaları korpusunun 15 əsgəri xəsarət alıb.
 
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə San-Dieqo şəhəri yaxınlığında yerləşən “Kemp-Pendlton” hərbi bazasında qeydə alınıb.
 
İlkin məlumata əsasən, insidentə suda və quruda hərəkət edən amfibiya tankının yanması səbəb olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir. İnsidentlə əlaqədar araşdırmalara başlanılıb.
 





14.09.2017    çap et  çap et