525.Az

Təhsil Nazirliyində daha bir kadr işdən çıxarıldı


 

Təhsil Nazirliyində daha bir kadr işdən çıxarıldı<b style="color:red"></b>

Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi edilib.

APA-nın xəbərinə görə, uzun illər təhsil nazirinin köməkçisi vəzifəsini icra edən Rasim Süleymanov işdən azad olunub. Təhsil naziri Mikayıl Cabbarov bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri vəzifəsində təyin olunduqdan sonra nazirlikdə bir sıra kadr dəyişiklikləri edilib. Bu vaxta kimi İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev və Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva da tutduqları vəzifədən azad olunublar.

 





27.05.2013    çap et  çap et