525.Az

Deputat Yazıçılar Birliyi ilə bağlı parlamentdə məsələ qaldıracaq


 

AYDIN MİRZƏZADƏ: "YB-nin İLLİK BÜDCƏSİNƏ İLDƏ ƏLAVƏ OLARAQ 100-200 MİN MANAT ARTIQ VƏSAİT AYRILMASINI TƏKLİF EDƏCƏYƏM"

Deputat Yazıçılar Birliyi ilə bağlı parlamentdə məsələ qaldıracaq<b style="color:red"></b>

"Azərbaycan Yazıçılar Birliyinin (AYB) binasının birinci mərtəbəsində fəaliyyət göstərmiş kafe məsələsi artıq bir neçə gündür ki, ictimaiyyətin diqqətindədir. Müxtəlif fikirlər səsləndirilir, görünən isə odur ki, uduzan ümumən cəmiyyətimizdir..."

Bu fikirləri mətbuata açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından olan  millət vəkili Aydın Mirzəzadə dilə gətirib.
 
Onun sözlərinə görə, problemin həlli çox sadədir: "AYB-nin illik büdcəsinə dövlət tərəfindən ildə əlavə olaraq 100-200 min manat artıq vəsait ayrılsın. Bunu etmək dövlətimizin gücündədir".
 
O qeyd edib ki, bu məsələni Milli Məclisin qarşıdan gələn 2017-ci il payız sessiyasında büdcə müzakirəsi zamanı qaldırmaq fikrindədir. "Qoy, Yazıçılar Birliyi öz üzvlərinin ortaya çıxan bir sıra problemlərinin həllində sıxıntı keçirməsin, tribunalardan sözümüzü daha inamla desin.

Tarix sübut edir ki, ədəbiyyata sərf edilən vəsait sonradan artıqlaması ilə xalqın mənəviyyatının zənginləşməsi ilə geri qayıdır. Kafe yerləşmiş birinci mərtəbədəki sahəni isə hansısa bir təşkilat, məsələn, SOCAR müasir səviyyədə təmir edib, oranın uşaq ədəbiyyatı mərkəzinə çevrilməsinə kömək edə bilər.

Dəyərli yazıçılarımız isə onlara xas olmayan işdən azad olub, bizləri özlərinin yeni əsərləri ilə sevindirə bilərlər" - deyə, A. Mirzəzadə daha sonra sözlərinə əlavə edib.

KAMİL

 





14.09.2017    çap et  çap et