525.Az

Bilik Fondu Bilik günü münasibətilə balacaları təbrik etdi


 

Bilik Fondu Bilik günü münasibətilə balacaları təbrik etdi<b style="color:red"></b> Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları 15 sentyabr – Bilik günü münasibətilə 24 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində fəal məktəblilərlə görüşüblər.

Direktor Gülarə Quluzadə gənc nəslin hərtərəfli inkişafında, uşaqlarda estetik zövqün formalaşmasında Yaradıcılıq Mərkəzinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışıb.

Məktəblilərə və onların təlim-tərbiyəsində böyük rolu olan müəllimlərə Bilik Fondunun təşəkkürnamələri verilib, kitablar hədiyyə olunub.
 





14.09.2017    çap et  çap et