525.Az

"Kardeş kalemler"in avqust sayında...


 

"Kardeş kalemler"in avqust sayında...<b style="color:red"></b>

Bugünlərdə "Kardeş kalemler" dərgisinin avqust sayı işıq üzü görüb.
 
Dərginin bu sayında Türkiyəli mərhum rəssam, professor Mehmet Başbuğa həsr olunmuş yazılar üstünlük təşkil edir. Özbəkistan şairi Həlimə Hudayberdiyevanın şeiri ilə açılan dərgidə müəllifin şeirləri Marufjon Yuldaşevin tərcüməsində çap olunub. Bu sayda Özbəkistandan Nurullah Muhammed Raufhan "Ətəkdəki daxma" hekayəsi, Farangisbonu Şaripova Togay Muradın müəllifi olduğu "Atın kişnədiyi axşam" romanının incələməsi ilə çıxış ediblər.

Azərbaycandan dərginin bu sayında şair Zakir Fəxrinin şeirləri yer alıb.

Dərginin Tatarıstan bölməsində Ramis Aymetin şeirlərinə yer verilib. Şeirləri Türkiyə türkcəsinə Çolpan Zaripova, Çetin Ataman Kalebozan uyğunlaşdırıblar. Banu Nagaşbekovanın tərcüməsində şair Nurbek Nurzhanın şeirləri Qazaxıstan bölməsindədir. Türkiyədən Avrasiya Yazarlar Birliyinin başqanı Yakup Öməroğlu "Dildə sadələşmə mi, dünyəvilik mi?" yazısı ilə çıxış edib.

Rəssam Mehmet Başbuğ haqqında Əli Ağbaşın "O, bizim rəssamımızdı", Mehmet Sağın "Bir Anadolu-Turan rəssamı və elm adamı professor Mehmet Başbuğ", Hasan Kayıhanın "Mehmet Başbuğun arxasıyca", Sebahattin Sivrikayanın "Türk Dünyasının böyük rəssamı Mehmet Başbuğ", Lütfü Şehsuvaroğlunun "Hafv u Reca arasında rənglər və üzlər. Mehmet Başbuğ və Ülkünün rəsmi" yazıları yer alıb. Yazıçı Mutlu Baharın "Gözəl bir gün" hekayəsi də bu bölmədədir.

Rahmi Əli "Xatirələrlə yaşamaq" yazısı ilə Batı Trakyadan qatılıb. Türkmənistandan Agahan Durdiyev tərcümeyi halı və "Akcaya anası qarşı çıxdı" hekayəsi ilə yer alıb. Hekayəni Türkiyə türkcəsinə Ərtoğrul Qaraquş çevirib. Dərginin Qırğızıstan bölməsində Musalı Ormanbekov Reyhan Karkınlının tərcüməsində  "Sınav" hekayəsi, professor Abışev K.N. Nurabiuiu Borsokeyevanın uyğunlaşdırmasında "Cumamüdün Şeraliyevin bəstələrinin sənət və estetik yönü haqqında bəzi görüşlər" yazısı ilə çıxış ediblər.

Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirilən "Türk Dünyası Gənc Yazarlar Buluşması" haqqında geniş məlumat, proqram və iştirakçıların siyahısı da dərginin bu sayındadır.

"Xəbər" bölməsində Türkmənistan prezidenti Qurbanqulı Berdimuhamedovun TÜRKSOY tərəfindən çap olunan "Barış musiqisi, dostluq, qardaşlıq musiqisi" kitabı, Taner Güçlütürkün "Qanuni və Akifin şəhəri İpəkdə türkcə növbəsindəki son qalalar: İpək radiosu və Yunus Əmrə İnstitutu" yazısı, həmçinin, TÜRKSOY-un katibindən Balkanlar çıxarması, TÜRKSOY Gənclik Oda Orkestrının bursalı sənətsevərlərlə görüşü, yeni çap olunmuş "Qırğızca- Türkcə lüğət haqqında məlumatlar yer alıb.

Şahanə MÜŞFİQ

 

 





14.09.2017    çap et  çap et