525.Az

Olimpiadaçılardan 5 medal


 

Olimpiadaçılardan 5 medal<b style="color:red"></b>

Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis olimpiadası keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, 36 ölkənin, 288 məktəblinin qatıldığı olimpiadada şagirdlərimiz  uğur qazanıblar. Belə ki, olimpiadaya ilk dəfədir ki, qatılan məktəblilərimiz bir qızıl və dörd bürünc medal əldə ediblər.

Məlumata görə, Kimya fənni üzrə Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Ramil Babazadə qızıl, Kimya, Biologiya təmayüllü liseyin X sinif şagirdi Əli Əliyev bürünc medal qazanıb. İnformatika fənni üzrə Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov bürünc, riyaziyyat fənni üzrə Ademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdi Anar Rzayev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Murad Ağazadə bürünc medala layiq görülüb.  Komanda üzrə ölkəmiz 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Meqapolis olimpiadası 4 fərqli fənlər (riyaziyyat, informatika, kimya və fizika) üzrə keçirilən komanda turniridir. 14-18 yaş arası yuxarı sinif şagirdləri arasında keçirilən olimpiadaya ölkəmiz hər fənn üzrə 2 şagird olmaqla, 8 iştirakçıdan ibarət komanda heyəti ilə qatılıb.

S.QARAYEVA

 





14.09.2017    çap et  çap et