525.Az

Əli Hüseynli: "Ümid edirik ki, ÜAK fəaliyyətini davam etdirəcək"


 

Əli Hüseynli: "Ümid edirik ki, ÜAK fəaliyyətini davam etdirəcək"<b style="color:red"></b> "Ümid edirik ki, Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin apellyasiya şikayətinə ədalətli baxacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxışında bildirib.
 
Ümumrusiya Azərbaycan Konqresinin Rusiya-Azərbaycan münasibətlərində gördüyü işlərdən danışan Ə.Hüseynli bildirib ki, ÜAK-ın ləğv olunması ilə bağlı qərar Azərbaycan ictimaiyyətini və Rusiyada yaşayan azərbaycanlıları çox narahat edir: "Ümid edirik ki, ÜAK-ın ləğvi ilə bağlı qərardan verilən apelyasiya şikayətinə ədalətli baxılacaq. ÜAK fəaliyyətini davam etdirəcək".
 





14.09.2017    çap et  çap et