525.Az

"Fikrimcə, ÜAK-ın apelyasiya şikayəti üzrə müsbət qərar çıxarılacaq"


 

"Fikrimcə, ÜAK-ın apelyasiya şikayəti üzrə müsbət qərar çıxarılacaq"<b style="color:red"></b> "Biz Rus icması olaraq Ümumrusiya Azərbaycan Konqresinin bağlanması haqqında qərardan çox narahatıq. Bu gün Moskvada keçirilən Rusiya-Azərbaycan münasibətlərinə dair beynəlxalq konfransda ÜAK-ın fəaliyyəti məsələsini qaldıracağıq. Konfransda ÜAK-ın yeni rəhbərliyi də iştirak edir. Hesab edirik ki, ÜAK tərəfindən də təşkilatı məsələlərə səhlənkarlıqlar olub".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumatına görə, Azərbaycandakı Rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin deyib.
 
M. Zabelin qeyd edib ki, Rusiya Ədliyyə Nazirliyi məsələyə başqa cür də yanaşa bilərdi.
 
"Fikrimcə, ÜAK-ın apelyasiya şikayəti üzrə sentyabrın 19-da keçiriləcək məhkəmədə müsbət qərar çıxarılacaq", - deyə o qeyd edib.
 





14.09.2017    çap et  çap et