525.Az

Rusiyanın hakim partiyası "Moskva-Bakı oxu"nun yaradılmasını dəstəkləyir


 

Rusiyanın hakim partiyası "Moskva-Bakı oxu"nun yaradılmasını dəstəkləyir<b style="color:red"></b> "Rusiya baş nazirinin müavini Dmitri Roqozin "Moskva-Bakı oxu"nun yaradılmasını alqışlayır".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Moskva-Bakı oxu - Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən Geosiyasi Ekspertiza Mərkəzinin sədri, tanınmış politoloq Aleksandr Duqin bildirib.
 
O, Dmitri Roqozin və Rusiya Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin sədri, Rusiya Hava Desant Qüvvələrinin keçmiş komandanı Vladimir Şamanov "Moskva-Bakı oxu"nun yaradılmasını alqışlayır: "Roqozin və Şamanov konfrans iştirakçılarına salamlarını göndəriblər, Vahid Rusiya Partiyasının Moskva-Bakı strateji oxunu dəstəklədiyini ifadə ediblər".
 





14.09.2017    çap et  çap et