525.Az

Britaniyalı nazir "Qarabağ"a "Çelsi"ni 7-0 məğlub etməyi arzuladı


 

Britaniyalı nazir "Qarabağ"a "Çelsi"ni 7-0 məğlub etməyi arzuladı<b style="color:red"></b> Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan “Çelsi-Qarabağ” futbol oyununa münasibət bildirib.
 
APA-nın xəbərinə görə, nazir futbol üzrə bilici olmasa da, nəticə ilə artıq tanış olduğunu deyib.
 
Nazir Azərbaycan komandasına "Çelsi"ni Bakıda 7-0 hesabı ilə məğlubiyyətə uğratmağı arzulayıb: "Düşünürəm ki, Azərbaycan futbolunun keyfiyyəti yüksəlir. Baxmayaraq ki, "Çelsi-Qarabağ" oyununda komandanız məğlub oldu, təcrübəni nəzərə alsaq, bu, pis nəticə deyil, Nəticə getdikcə yaxşılaşacaq".
 
O, Britaniyada Tofiq Bəhramovun hörmətlə yad edildiyini bildirib: "Onun adı Britaniyanın futbol tarixinə yazılıb".
 





14.09.2017    çap et  çap et