525.Az

"Moskva Qarabağ münaqişəsində nə vəkildir, nə də prokuror"


 

"Moskva Qarabağ münaqişəsində nə vəkildir, nə də prokuror"<b style="color:red"></b> "Rusiya üçün əsas məsələ tərəfdaş olduğu ölkələrin xarici və daxili siyasətlərini özlərinin formalaşdırması, onların xarici dövlətlərin təsirindən kənar olmasıdır".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında keçirilən "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən Rusiya Federasiya Şurasının üzvü Andrey Klimov bildirib.
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan rusiyalı senator münaqişə tərəflərinin özlərinin güzəştli həll yolunu tapmalı olduğunu söyləyib: "Rusiya nə vəkildir, nə də prokuror. Ümid edirik ki, tərəflər özləri güzəştli həll yolu tapacaq".
 





14.09.2017    çap et  çap et