525.Az

Axtarışda olan Azərbaycan vətəndaşı Yakutskda həbs olunub


 

Axtarışda olan Azərbaycan vətəndaşı Yakutskda həbs olunub<b style="color:red"></b> Külli miqdarda vergidən yayındığına görə haqqında 2010-cu ildən dövlətlərarası axtarış elan olunan 38 yaşlı Azərbaycan vətəndaşı Yakutksda həbs olunub.

APA-nın məlumatına görə, hazırda saxlanan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı sənədləşmə işləri aparılır. Saxlanan şəxs vergi sənədlərini qəsdən saxtalaşdırmaqda və 23 min manatdan çox məbləğdə vergidən yayınmaqda ittiham olunur. Bu səbəbdən onun haqqında cinayət işi başlanıb.
 
Adı açıqlanmayan şəxs cinayət məsuliyyətindən yayınmaq üçün 2010-cu ildə ölkəni tərk edib və onun haqqında dövlətlərarası axtarış elan olunub.
 





27.05.2013    çap et  çap et