525.Az

2024 və 2028-ci il Yay Olimpiya Oyunlarının ev sahibi məlum oldu


 

2024 və 2028-ci il Yay Olimpiya Oyunlarının ev sahibi məlum oldu<b style="color:red"></b>

2024 və 2028-ci ildə Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi bu barədə qərarı Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında verib.
 
Qərara əsasən, 2024-cü ildə Olimpiadanı Fransanın paytaxtı Paris qəbul edəcək. Növbəti 4 illiyin ən möhtəşəm yarışı isə ABŞ-da baş tutacaq. Olimpiyaçılar 2028-ci ildə Los-Ancelesdə bir araya gələcəklər.
 
Qeyd edək ki, 2020-ci ildə Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda olacaq.

 





14.09.2017    çap et  çap et