525.Az

Prezident həmməruzəçiləri qəbul etdi


 

Prezident həmməruzəçiləri qəbul etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.
 
APA-nın məlumatına görə, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan yeni sazişin imzalanması münasibətilə təbriklərini dövlət başçısına çatdırıblar və bunu böyük tarixi hadisə kimi qiymətləndiriblər.
 
Prezident İlham Əliyev imzalanan saziş, tərəfdaşlar və “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında aparılan işlərdən danışıb.
 
Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
 





14.09.2017    çap et  çap et