525.Az

Azərbaycanlı şəhid və qazi övladları Çanaqqala səfərində - Fotolar


 

Azərbaycanlı şəhid və qazi övladları Çanaqqala səfərində - <b style="color:red">Fotolar</b>

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və təqdimat müşavirliyinin dəstəyi ilə Azərbaycan Qazi Qadınlar Dərnəyi Qarabağ şəhid və qazi övladlarının Çanaqqala səfərini təşkil edib.

Müşavirlikdən verilən məlumata görə, Türkiyədə qeyd olunan “Qazilər həftəsi” çərçivəsində baş tutan səyahatdə 25 nəfər iştirak edir. Səfər iştirakçıları sentyabrın 13-də Türkiyə Səfirliyinin qarşısında xatirə şəkli çəkdirdikdən sonra yola düşüblər.

Səfər proqramına uyğun olaraq şəhid və qazi övlarları İğdırdan başlayaraq Çanaqqalaya qədər ziyarət etdikləri şəhərlərin rəhbərliyi ilə görüşlər keçirir, təşkil olunan mərasimlərdə iştirak edirlər.

Sentyabrın 14-də Türkiyəyə çatan qrup İğdırda soyqırımı abidəsi önündə geniş kütlənin iştirakıyla şəhər rəhbərliyi tərəfindən qarşılanıb. Səyahət iştirakçıları dünən səhər isə Uşaq şəhərinə çatıblar. İğdırda olduğu kimi, burada da yüksək səviyyədə qarşılanan Qarabağ şəhid və qazi övladlarının sentyabrın 18-də Çanaqqalaya çatacağı gözlənilir. Azərbaycandan yola çıxan qrup sentyabrın 19-da Qazilər günü tədbirlərinə qatılacaq.

Bundan başqa, səyahət iştirakçıları Türkiyənin Manisa, Afyon və İzmir şəhərlərinə səfər edəcək, orada tarixi məkanları və şəhidlər xiyabanlarını ziyarət edəcəklər.

Nümayəndə heyətinin sentyabrın 22-də Bakıya qayıtması planlaşdırılıb. Proqram çərçivəsində paytaxt Ankaraya da səfər nəzərdə tutulub.

Qeyd edək ki, səfər boyunca uşaqların Türkiyənin gəzməli-görməli yerlərində çəkdiyi fotoşəkillərdən ibarət sərginin təşkili nəzərdə tutulub.

Ceyhun ABASOV

 





15.09.2017    çap et  çap et