525.Az

Azərbaycanda kişi arvadının başını kəsib


 

Azərbaycanda kişi arvadının başını kəsib<b style="color:red"></b>

Bu gün Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Köhnə Xaçmaz kəndində qeydə alınıb.
 
Xaçmaz rayonu Köhnə Xaçmaz kənd sakini, 1974-cü il təvəllüdlü Musayev Eynulla Həsən oğlu həyat yoldaşı Şərqiyyə Musayevanın başını kəsərək qətlə yetirib.
 
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi, qətli törədən şəxsin psixi problemlərinin olduğu bildirilir.
 
Ailənin iki övladı var.
 
Faktla bağlı araşdırma aparılır.

 





27.05.2013    çap et  çap et