525.Az

Bakı Slavyan Universitetində Bilik günü


 

Bakı Slavyan Universitetində Bilik günü <b style="color:red"></b> Bakı Slavyan Universitetində (BSU) Bilik gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

BSU-nun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə universitetin foyesində Heydər Əliyevin büstü önünə əklil qoyublar.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva tələbələri yeni tədris ili münasibətilə təbrik edərək onlara dərslərində uğurlar arzulayıb.

Rektor bildirib ki, yeni tədris ilində Bakı Slavyan Universitetinə abituriyent axını ötən illərə nisbətən xeyli güclənib, 600-də yuxarı bal toplayan tələbələr BSU-nu seçib.  Son illərin ən yüksək statistik nəticəsinin bu il əldə edildiyini  vurğulayan N.Əliyeva bununla kifayətlənməyəcəklərini, daim yeni təşəbbüslərlə çıxış edəcəklərini qeyd edib.

Rektor və  Milli Məclis sədrinin müavini Bahar Muradova 600-dən yuxarı bal toplayaraq Bakı Slavyan Universitetinə qəbul olmuş tələbələr Nuranə Qasımova və Allahverdi Həsənliyə hədiyyələr təqdim ediblər.
Bahar Muradova tələbə adı qazanmış gəncləri təbrik edərək Azərbaycan dövlətinin təhsil siyasətinin neft kapitalının insan kapitalına çevirmək istiqamətinə yönəldiyini qeyd edib. O, Azərbaycanın hazırkı beynəlxalq münasibətlər sistemində hər bir tələbə gəncin  xüsusi rol oynadığını bildirib.

Tədbirdə millət vəkilləri Məlahət İbrahimqızı, Sahib Qafarova, Sevinc Fətəliyeva, Kamilə Əliyeva, Sevinc Hüseynova, Kamran Bayramov, Elşad Həsənov və Şahin İsmayılov da iştirak ediblər.

BSU-nun nəzdində Məktəb-Lisey Kompleksinin birinci sinif şagirdləri Elşad Ağazadə və Məleykə Babayeva ilk dərs günü münasibətilə tələbələri şeirlə təbrik ediblər.
 





15.09.2017    çap et  çap et