525.Az

Kann Film Festivalının mükafatları təqdim edildi


 

Kann Film Festivalının mükafatları təqdim edildi<b style="color:red"></b>

Kann Film Festivalında "Qızıl palma" mükafatını "Ən isti rəng mavi: Adelin həyatı" adlı film alıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu il 66-cısı keçirilən festivalda amerialı məşhur rejissor Stiven Şpilberqin rəhbərlik etdiyi münsiflər heyəti Tunis əsilli fransalı rejissor Əbdüllətif Keşişin filmini birinciliyə layiq görüb.

Keşiş iki baş rol oyunçusu ilə birlikdə aldığı mükafatını azad yaşamaq istəyən Tunis və Fransa gəncliyinə həsr edib.

Münsiflər Heyəti "ən yaxşı rejissor" mükafatını Meksikada narkotik maddə ilə mübarizədən bəhs edən "Heli" filminin rejissoru Amat Eskalanteyə verib.

Eskalante bundan təəccübləndiyini bildirib. Bir çox kino tənqidçisi də bu qərara təəccüblənib.

"Ən yaxşı aktrisa" mükafatını "The Past" filmində iranlı keçmiş əriylə nişanlısı arasında balans yaratmağa çalışan fransız qadın rolunu oynayan Berenis Bejo qazanıb.  Berenis Bejo daha əvvəl "Oskar" mükafatı alan "Artist" filmiylə məşhurlaşıb.

"Nebraska" filmindəki yaşlı alkoqolik ata rolunu oynayan 76 yaşlı amerikalı aktyor Bryüs Dörn "ən yaxşı aktyor" mükafatına layiq görülüb.  Tədbirdə iştirak etməyən Dörnün mükafatını filmin rejissoru Aleksandr Peyn alıb.

Münsiflər Heyətinin xüsusi mükafatı isə Hirokazu Korenin "Like father, like son" adlı qısametrajlı filmi alıb.

Müsabiqədə bu il Türkiyədən heç bir film iştirak etməyib. Rejissor Semih Kaplanoğlu qısametrajlı film müsabiqəsində münsiflər heyətində təmsil olunub.

 





27.05.2013    çap et  çap et