525.Az

Göyçayda "Bütün səmavi dinlər sülhə səsləyir" mövzusunda tədbir


 

Göyçayda "Bütün səmavi dinlər sülhə səsləyir" mövzusunda tədbir<b style="color:red"></b>

Sentyabrın 13-də Göyçay Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Göyçay şəhər "Heydər Əliyev" mərkəzində "Sülh Aylığı" çərçivəsində baş tutan tədbirdə İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova, dövlət komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, İcra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İcra hakimiyyəti başçısının müavini Z.Zeynalova bildirib ki, ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: "Hazırda bu siyasəti prezident İlham Əliyev uğurla davam etdirərək həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına layiqli xidmət edir".

Daha sonra çıxış edən dövlət komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Ə.Rəfiyev İslam dininin sülh və barış dini olmasından, insanların haqq və azadlıqlarına hörmətlə yanaşmağı tövsiyyə etməsindən və gərəksiz düşmənçilik, işğalçılıq siyasətlərinə qarşı olmasından söz açıb.

Çıxış edən digər natiqlər də hər zaman sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sabitliyin təmin olunması üçün həyata keçirilən bu cür maarifləndirmə xarakterli tədbirlərin hər birinin İslam dininin əsl mahiyyətinin insanlar tərəfindən daha doğru anlaşılmasına və vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə səbəb olduğunu qeyd ediblər.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Ceyhun ABASOV

 





15.09.2017    çap et  çap et