525.Az

Bakıda iş adamının öldürülməsi sifariş imiş


 

Bakıda iş adamının öldürülməsi sifariş imiş<b style="color:red"></b>

Bakının Nəsimi rayonu ərazisində namus üstündə öldürülən iş adamının qatilləri həbs ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, mayın 16-da bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüş Mirəli Həqizadənin ölümünü sifariş vermiş Bakı şəhər sakini Aydın Rüstəmov və həmin cinayəti icra edən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Şahvələd İmanov Göygöl rayonu ərazisində tutulublar.

İmanovdan 1 ədəd “TT” markalı tapança, 1 ədəd sandıqça, 1 ədəd patrondaş və 16 ədəd patron götürülüb. Əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin və Bakı Şəhər Prokurorluğu əməkdaşları birgə keçiriblər.

Onu da əlavə edək ki, M.Həqizadə "Şəms" MMC-nin rəhbəri olub. Onun namus üstündə xüsusi amansızlıqla öldürüldüyü bildirilirib.

 





27.05.2013    çap et  çap et