525.Az

"Fransa münaqişənin nizamlanmasına daim həssaslıqla yanaşır"


 

"Fransa münaqişənin nizamlanmasına daim həssaslıqla yanaşır"<b style="color:red"></b> "Azərbaycan prezidenti ilə görüşdə də bildirdim ki, Fransa həmsədr kimi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə sadiqdir".
 
APA-nın məlumatına görə, bu sözləri Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömua deyib.
 
Onun sözlərinə görə, Fransa əlindən gələni edir ki, öz vasitəçilik missiyasını icra etsin: "Mən fransalı həmsədr Viskoni ilə də daim təmasdayam. Həmsədrlər öz işlərini lazımınca yerinə yetirirlər. Hazırda proses davam edir. Bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində nazirlər səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub. Ola bilsin ki, gələcəkdə daha yüksək səviyyədə görüş baş tutsun. Fransa bu prosesə daim diqqət və həssaslıqla yanaşır".
 





15.09.2017    çap et  çap et