525.Az

Mikayıl Cabbarov: “Müəllimlərin bilik səviyyəsinin təkmilləşdirilməsinə ehtiyac var”


 

Mikayıl Cabbarov: “Müəllimlərin bilik səviyyəsinin təkmilləşdirilməsinə ehtiyac var”<b style="color:red"></b> Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkədə fəaliyyət göstərən müəllimlərin savadsız olması fikri ilə razılaşmayıb.

APA-nın xəbərinə görə, Şirvanda jurnalistlərin suallarını cavablandıran təhsil naziri Mikayıl Cabbarov deyib ki, hər bir dövlətdə olduğu kimi Azərbaycanda da müəllimlərin bilik səviyyəsinin təkmilləşdirilməsinə ehtiyac var:
 
“Amma bu yanlışlıq olar ki, biz bu gün belə yanaşaq ki, müəllimlər ordusunun savadı aşağıdır. Yəni, mən bu yanaşmanın ən azı tərəfdarı deyiləm. Sual oluna bilər ki, hansı addımları həyata keçirməliyik ki, tədris səviyyəsi, o cümlədən müəllimlərin bilik səviyyəsi daimi olaraq artsın, bu da öz növbəsində bizim təhsilimizin keyfiyyətinə müsbət təsir göstərsin? Bunun yolları müxtəlifdir və hər hansı bir tələsik addımla yanlışlığa yol verməmək üçün biz bu məsələni çox dərindən araşdırırıq. Düşünürəm ki, müəyyən bir müddət də araşdıracağıq”.
 





27.05.2013    çap et  çap et