525.Az

BDU Jurnalistika fakültəsinin kollektivi Fəxri Xiyabanda


 

BDU Jurnalistika fakültəsinin kollektivi Fəxri Xiyabanda <b style="color:red"></b>

Sentyabrın 15-də “Bilik Günü” münasibətilə Jurnalistika fakültəsinin professor-müəllim heyəti, tanınmış media nümayəndələri və fakültənin I kurs tələbələri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.
 
Ziyarətdə fakültə, o cümlədən, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Televiziya və radio jurnalistikası kafedrasının müdiri professor Allahverdi Məmmədli, Beynəlxalq Jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, professor Qulu Məhərrəmli və tələbələr də iştirak ediblər.

Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev giriş sözü ilə çıxış edərək bildirib ki, BDU-nun Jurnalistika fakültəsi gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, Azərbaycanda ictimai-siyasi mühitün formalaşmasında, vətənpərvərliyin təbliğində, eləcə də Azərbaycanın dünyada tanıdılması işində əhəmiyyətli rol oynayıb.

Tədbir iştirakçılarından “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru  Akif Aşırlı, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tələbələrə təhsil və yaradıcılıq sahəsində müvəffəqiyyət arzu ediblər.

 





18.09.2017    çap et  çap et