525.Az

Akif Çovdarovun vəkili məhkəmədə çıxış edir


 

Akif Çovdarovun vəkili məhkəmədə çıxış edir<b style="color:red"></b>

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
 
APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən MTN polkovniki Səlim Məmmədovun vəkili Cavid Rzazadə çıxışını yekunlaşdırıb. O, çıxışının sonunda hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib.
 
Sonra A. Çovdarovun vəkili Sadiq Rəsulov çıxışa başlayıb. O, A. Çovdarovun təqsirsiz olduğunu deyib.
 
 
Hazırda proses davam etdirilir.

 





18.09.2017    çap et  çap et