525.Az

Ümumukrayna Forumunda sosial media müzakirə olunub- Fotolar


 

Ümumukrayna Forumunda sosial media müzakirə olunub- <b style="color:red">Fotolar</b>

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 3-cü Ümumukrayna Forumu çərçivəsində “Sosial media və təmsilçilik: zamanın internet məkanında faydalı  istifadə metodları” mövzusu müzakirə olunub

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 3-cü Ümumukrayna Forumu çərçivəsində “Sosial media və təmsilçilik: zamanın internet məkanında faydalı istifadə metodları” mövzusunda da panel keçirilib. Panelə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov moderatorluq edib. Paneldə “Azərbaycan” qəzetinin redaktoru İxtiyar Hüseynli, jurnalist, bloger Azər Qəribov,  jurnalist, teleaparıcı Xoşqədəm Baxşəliyeva  və “İRƏLI” Ictimai Birliyinin sədri Rauf Mərdiyev və Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının sədr müavini Mirhəsən Seyidov qonaq qismində iştirak ediblər. Onlar bildiriblər ki, indiki müasir zamanda hər bir internet istifadəçisi artıq informasiya yayımçısıdır. Çünki medianın sosiallaşması artıq kütləvi informasiya vasitələri ifadəsinin məzmunca və xaraktercə mahiyyətinin dəyişdiyini göstərir.  Hər bir insanın informasiya yayan qismində çıxış etməsi artıq o deməkdir ki, internete çıxışı olan insan xəbər mənbəyidir. Məhz hər bir istifadəçinin öz gördüyünü foto və ya video formatda paylaşması, hansısa problemi qabartması və onun ətrafında müzakirə açılması spsial şəbəkələri medianın bir növünə çevirib. Lakin bu o demək deyil ki, xəbər sosial şəbəkələrdə yayılırsa onun məsuliyyəti digərlərindən azdır. Fərdi informasi vasitələrinin yarandığı dönəmdə fərdi məsuliyyət daha da önə çıxır. Panelin mövzusu tələbələrin xüsusilə marağına səbəb olub. Onlar internetin inkanlarından necə əlverişli yararlanmaq, sosial medianın verdiyi üstünlükləri təmsilçilik fəaliyyətinə necə tətbiq etməklə bağlı suallar veriblər. Panelin qonaqlar tövsiyyə ediblər ki, hər bir azərbaycanlının, xüsusilə tələbələrin sosial mediada aktivliyi məhz vətənpərvərlikdən kənar olmamalı, hər addımda Azərbaycanı və azərbaycançılığı düşünərək addımlar atılmalıdır.

 





27.05.2013    çap et  çap et